çərşənbə axşamı günü, 10 noyabr 2026
     

PKK iki NATO ölkəsini üz-üzə qoydu - Türkiyənin ABŞ qarşısında “İncirliyin” bağlanması məsələsini qaldırdığı iddia edilir...

Image


ABŞ-ın Suriyada kürd yaraqlılara dəstəyi və bu fonda PKK terrorçularından ibarət ordu yaratmaq cəhdləri Türkiyə ilə aralarında gərginliyə səbəb olub. Xüsusilə Vaşinqtonun 30 minlik ordu yaratmaq planlarına sərt reaksiya verən Türkiyə PKK/PYD terrorçularının toplaşdığı Afrin bölgəsində hərbi əməliyyatlara başlamaq niyyətini qəti şəkildə ortaya qoyub.

Baki-xeber.com xəbər verir ki, artıq bununla bağlı hazırlıqlar da yekunlaşıb, ordu hər an Afrində əməliyyatlara başlaya bilər. Burada diqqət çəkən məqam isə Ankaranın Suriyada ABŞ-ın dəstəklədiyi və müttəfiq gözü ilə baxdığı kürd yaraqlıları hədəf alımasıdır. Təbii ki, bu ABŞ-ın narahatlığına səbəb olmaya bilməz. Elə bu səbəbdəndir ki, Amerika rəhbərliyi indi terrorçularla birlikdə 30 min nəfərdən ibarət dırnaqarası "Sərhəd təhlükəsizlik qüvvəsi" yaratmaq planlarını təkzib edir. Baxmayaraq ki, bu plan barədə ilk açıqlama elə ABŞ-ın özündən gəlmişdi.

Vaşinqton bir neçə gün əvvəl bəyan edib ki, İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu quracaq. Vaşinqtonun Suriyadakı müttəfiqi olan Suriya Demokratrik Qüvvələri (SDQ) (terror təşkilatı PYD/PKK-nın pərdəarxası) isə əslində kürdlərdən ibarətdir. 30 minlik ordunun yarısının da SDQ-dən təşkil olunacağı və bir qisminin də Suriya-Türkiyə sərhədlərində yerləşdiriləcəyi bildirilir. Sərhəd qüvvələrinin birləşmələri ümumilikdə şimalda Türkiyə sərhədində, cənub-şərqdə isə İraq və SDQ qüvvələri ilə Rusiya və Suriya hökumət qüvvələrinin arasında, Fərat çayı boyunca yerləşəcək.

Ancaq Türkiyənin sərt mövqeyindən sonra ABŞ-dan fərqli açıqlamalar gəlməyə başlayıb. Vaşinqton bildirir ki, sözügedən plan sadəcə daxili təhlükəsizliyi təmin etmək üçündür, Türkiyə üçün heç bir təhdid təşkil etmir. Türkiyənin xarici işlər  naziri Mövlüd  Çavuşoğlu isə ABŞ-ın açıqlamalarının onları qane etmədiyini deyir: “Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana  bildirmişdi. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”.

M.Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir: "Bizim burada opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Bu əməliyyat Rusiyanın oradakı müşahidəçilərinə təsir göstərməməlidir. Biz Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ-ın da səmimi olması lazımdır".

Türkiyənin müdafiə naziri Nurəddin Canikli də bəyan edib ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. N.Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD  terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".

Canikli ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Heather Nauertin “Türkiyәni belә bir addım atmamağa çağırırıq. Bütün tәrәflәr terror tәşkilatı İŞİD-ə qarşı mübarizәyә yönәlmәlidir” açıqlamasını isə “Mәnasız qiymәtlәndirmә” adlandırıb.

Ba arada, “Wall Street Journal” yazır ki, ABŞ ordusu, Suriyanın şimalında 30 min nəfərlik ordu qurmaq təklifinin Türkiyə ilə yeni bir diplomatik gərginliyə səbəb olmasına görə geri addım atıb. “New York Times” qəzeti isə yazır ki, ABŞ-ın planlaşdırdığı və Rusiya, Türkiyə, İran və Suriyanın qarşı çıxdığı 30 minlik ordu, Suriya böhranında ABŞ-ın müttəfiqlərini qarşı-qarşıya gətirə biləcək yeni bir mərhələnin başlanğıcı ola bilər və bu ABŞ-ı yeni bir qarşıdurmaya sürükləyə bilər.

Ümumiyyətlə, ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması fonunda Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son bir neçə ildir Pentaqon kürdləri müasir silahlarla silahlandırır, onlara təlimlər keçir. Oklahoma Universitetinin Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Yeşua Landis də, ABŞ-ın Fırat çayının şimalında müstəqil bir dövlətin qurulmasını dəstəklədiyini iddia edir. Onun sözlərinə görə, ABŞ Suriyadakı neft və qaz ehtiyatlarının böyük hissəsi və əsas elektrik enerjisi istehsal edən anbarı idarə edən, öz ordusu olan kürd dövləti qurmağı planlaşdırır.

Bütün bunlar isə Türkiyənin maraqlarına ziddir və Ankaranın sərt hərbi addımlar atacağı artıq qaçılmaz görünür. Bu isə ABŞ-ın bölgədəki planlarının pozulması deməkdir. Ekspertlərə görə, ABŞ-ın 30 minlik ordu planlarından geri addım atması əslində, Suriyada planlarının tərkib hissəsi olan kürd yaraqlılarını Türkiyənin gözlənilən hücumundan qorumağa hesablanıb. Vaşınqtonun əvvəlkilərdən fərqli açıqlamalarının bir digər səbəbi kimi də NATO-nun Türkiyədə olan İncirlik hərbi hava bazası göstərilir. “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi iddia edir ki, son gərginlikdən sonra Ankara İncirlik hərbi hava bazasının bağlanması məsələsini ilk dəfə rəsmi şəkildə gündəmə gətirib. Onun sözlərinə görə, İncirlik mövzusunu indiyə qədər ABŞ-la böhran yarandığı zamanlarda xalq dilə gətirsə də, Ankara rəsmi şəkildə bunu dilə gətirməmişdi, amma son danışıqlarda Amerikaya bununla bağlı konkret mesajlar çatdırılıb. O, ABŞ-dakı danışıqlarda Türkiyədəki bazalar məsələsinin ilk dəfə açıq şəkildə müzakirə edildiyini bildirib.

Bütün bunların fonunda, Ankara Afrin əməliyyatını təxirə salmaq niyyətində deyil və hazırlıqları davam etdirir. Türkiyənin artıq ilk hədəfləri də məlum olub. Məlumata görə, əməliyyatdan əvvəl Türkiyə hərbçiləri havadan və qurudan 149 hədəfi vuracaq. PKK/PYD terrorçularının əlindəki Afrində 6 düşərgə və Minniğ hərbi aerodromu da ilk hədəflər arasında olacaq. Minniğ aerodromu ABŞ-ın terrorçulara dəstək verdiyi əsas nöqtədir. Bu aerodromun sıradan çıxarılması ABŞ-ın əl-qolunun bağlanması deməkdir.

Bu arada, Ankara hərbi əməliyyatlarla bağlı Suriyada bir digər oyunçu, Rusiya ilə də danışıqlar aparır. Məlumatlara görə, Ankara Rusiyadan, əməliyyatlar müddətində Lazkiye və Hmeymim bazalarında yerləşdirdiyi S-400 raketdən müdafiə sistemlərinin fəaliyyətini dayandırmasını istəyib.

Qeyd edək ki, ABŞ-ın 30 minlik ordu yaratmaq üçün seçdiyi və Türkiyənin də hədəfində olan Afrin strateji nöqtə hesab edilir. Bura Ankara üçün olduqca ciddi əhəmiyyətə malikdir. Afrin terror təşkilatı PYD üçün sözdə Aynelarap və Əlcəzair federasiyaları (kantonları) ilə birləşmə həsrətini təmsil edir. Sözügedən iki yer qərbdəki Afrinlə birləşərsə, bu, Türkiyənin yüzlərlə kilometrlik sərhəd xəttinin cənubunda, “oldu-bitdi” ilə yaradılmış bir terrorçu nəsli deməkdir. Türkiyənin Şırnak, Mardin, Şanlıurfa, Antep, Kilis və Hatay rayonları bu prosesə cənubdan qonşu olacaq. Türkiyə isə bunu qəbul etmək niyyətində deyil. Ankara, eyni zamanda, Amerika rəhbərliyinin SDG vasitəsilə İdlibə ehtimal olunan müdaxiləsinin qarşısını Afrinin cənubunda yaratdığı, bir növ, bufer zona sayəsində saxlayır. Fərat Qalxanı hərəkatı ilə Ankara özü üçün nəfəslik açmaqla yanaşı, terrorçuların şərqdəki sözdə mənzillərini Afrinlə birləşdirmə arzularına da sədd çəkmişdi.

Afrinin digər bir əhəmiyyəti də PKK-nın Suriya qolu PYD-yə verilən silahların mühüm hissəsinin burada toplanmasıdır. Çünki terror təşkilatının Türkiyədə son vaxtlar apardığı bəzi hücumlarda PYD-yə aid silahlar ortaya çıxmışdı. Halbuki ABŞ Türkiyəyə həmin sursatın Suriyadan çıxmayacağı barədə təminat vermişdi.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ