Ən böyük buz aysberqlərdən biri hazırda Antarktidadan ayrılır. Bu nəhəng buz parçasının 6000 kvadrat km olduğu təxmin edilir, bu isə Velsin ərazisinin dörddə bir hissəsinə bərabərdir. Alimlər bunu gözlədiklərini deyiblər. Onlar 10 ildən çoxdur ki, Larsen buzundakı çatlağı izləyirdilər.
200 metrdən çox qalınlığı olan bu buz parçası qısa zamanda çox uzağa hərəkət edə bilməyəcək, lakin onun hərəkət istiqamətləri izlənilməlidir. Cərəyanlar və küləklər onu Antarktidanın şimalına itələyə bilər, bu isə gəmiçilik üçün təhlıkə yaradacaq.
Avropa Sentinel-1 peyk radar sistemi son saatlarda qırılmanı təsdiq edən görüntülər əldə edib. Sentinel, həmçinin, böyük buz parçasının sahəyə hərəkət nisbətini hiss edə bilir.
Yeni Larsen aysberqi bu günə qədər qeydə alınan 10 ən böyük buz parçasından biridir, lakin o, Arktikada müşahidə edilən kabuslarla müqayisə edilmir.
Buz parçasının kənar istiqamətlərindəki buzlanma isə təbii şəkildə davam edir. Alimlər düşünürlər ki, 11700 il əvvəlki buz erasından sonra Larsen C özünün ən kiçik ölçüsündədir.
İki yaxın və kiçik buz parçaları Larsen A və Larsen B bu əsrdə dağılıb, onların yox olmasına səbəb iqlimin istiləşməsi olub.
Tədqiqatçılar suallarına cavab tapmaq üçün bir neçə il bu buz parçasını izləyəcək və onun öz sabit formasını necə alacağını, buzlanmasında necə dəyişiklik olacağını müşahidə edəcəklər.
Alimlər aysberqin hərəkət sürətində isə artım olacağını gözləmir.
RUFANƏ