Kreml Ermənistandan Zelenskinin səfəri ilə bağlı izahat istəyir. Kremlin sözçüsü Dmitri Peskov İrəvanın "Rusiya əleyhinə bəyanatlar üçün platforma" təqdim etməsini "anormal" adlandıraraq deyib ki, bu, "münasibətlərimizin ruhuna uyğun gəlmir". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.
O deyib ki, Moskva Baş nazir Nikol Paşinyanın bu bəyanatları niyə "balanslaşdırmağa" çalışmadığını anlamır. "Ermənistandan niyə Rusiya əleyhinə bəyanatlar çıxdığını başa düşmürük. Biz bunu başa düşmürük. Və Ermənistan hökumətinin başçısı niyə onları öz bəyanatları ilə bir şəkildə balanslaşdırmağa çalışmır? Hələlik izah edə bilmədiyimiz budur", - deyə Peskov əlavə edib.
SAMİRƏ