Bazar günü günü, 08 noyabr 2026
     

İranda yeni hicab üsyanı başladı...

Image


İranda əxlaq polisinin böyük şəhərlərin küçələrinə qayıtması baş örtüyü qaydalarına məhəl qoymamağı seçən qadınları narahat etməyə başlayıb. Artıq bu hal həm kişilərin, həm də qadınların müqaviməti ilə qarşılaşıb. Millət vəkilləri isə bu mühafizəkar üsulun effektivliyini sorğulamağa başlayıblar.

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan əxlaq polisinin küçələrə qayıtması xəbərinə reaksiya olaraq öz tənqidlərini bildirib və bəyan edib ki, bu, cəmiyyətdə gərginliklərə səbəb olacaq. Məsud Pezeşkiyan əxlaq polisinin geri qaytarılması ilə bağlı israrları tənqid edib və bunun cəmiyyətdə ixtilafları artıracağını deyib. O həmçinin bildirib ki, bir qrup cəmiyyətdə başqalarının onların zövqünə və fikrinə uyğun davranmasında israrlıdır. Qeyd edək ki, İranda əxlaq polisi “İrşad patrulu” kimi tanınır. Təbriz millət vəkili “Didbaniran” saytı ilə söhbətdə bu polis qüvvələrinin adını da tənqid edərək bildirib: “Əsasən İrşad patrulunun adı uyğun deyil; hidayət anlamına gələn İrşad patrulu insanları tutur, həbs və cərimə edir. Onlara başqa ad versinlər və desinlər ki, bundan sonra bu adamları həbs edəcəyik, amma deməsinlər ki, biz onları irşad edirik. Cəmiyyətdə bəzi insanlar başqalarının öz istədikləri kimi olmasına israr edir, bəziləri isə bu qrupa qarşıdır və onların zövqünə və fikrinə uyğun davranmaq istəmir”. O hesab edir ki, bu vəziyyət ölkə üçün zərərlidir və bu israr və gərginlikdən uzaqlaşmaq daha yaxşıdır. Pezeşkiyan, həmçinin, hökumətin məcburi hicab məsələsinə yanaşmasını tənqid edərək, hicabı bir “davranış” olaraq qiymətləndirib və insan davranışının qanunlarla dəyişdirilə bilməyəcəyini irəli sürüb. Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan keçmişdə peyklərin qadağan edilməsini misal çəkərək qeyd edib ki,  əvvəllər “haram” elan edilən bir çox şey zamanla dəyişib. O, hicab məsələsinində də bənzər dəyişiklik olacağını söyləyib. Xatırladaq ki, iyulun 16-da İran polisinin sözçüsü Səid Müntəzir əl-Mehdi əxlaq polisinin ictimai tələb əsasında küçələrə qaytarıldığını bildirib. O, şəhərlərdə avtomobil və piyada patrulların yerləşdiriləcəyini açıqlayıb. Halbuki, İranda əxlaq polisi ölkədə təxminən 4 ay davam edən kütləvi etirazlardan sonra fəaliyyətini azaltmışdı. Amma onun yenidən qayıtması cəmiyyyətdə gərginliyə rəvac verib. “Radio Fərda”ya  danışan iranlılar adətən kişi zabitlər və qara çadra geyinmiş qadınlardan ibarət olan əxlaq polisinin etirazlardan öncəki qədər gözə dəymədiyini deyir. Tehranda yaşayan insan haqları fəalı Leyla Mirğaffari bildirir: “Əvvəllər biz küçəyə çıxanda onların küçədə dayanmış, yaxud hərəkət edən maşını olurdu. Hələlik, əvvəlki qədər müdaxilə etməyə cürət etmirlər. Ancaq onlar var və əsasən, mərkəzi meydanlardadırlar”. Mirğaffari əxlaq polisinin aylarla çəkən kütləvi etirazların əsasən sakitləşməsindən sonra yenidən ortaya çıxarılması qərarını əhali arasında qorxu və terror yaratmaq istəyi ilə əlaqələndirir: “Bu bizə mental və emosional problemlər yaradır. Bu streslidir, bizim və ailələrimizin düşüncələrini məşğul edir. Evdən çıxmaq istəyəndə, küçəyə çıxanda istənilən an əxlaq polisinin insanları həbs etmək üçün durduğu yerdən keçə bilərik”.
Bununla yanaşı, Mirğaffari və digərləri bu patrulların əsasən effektiv olmadığını və hətta hökumətin mühafizəkar tədbirlərinə qarşı müqavimətə yeni nəfəs verdiyini deyir. Tehran sakinlərinin sözlərinə görə, bəzi qadınlar sadəcə əxlaq polisini görəndə başını örtür, polis gözdən itən kimi isə dərhal açır. Bəzi hallarda isə əxlaq polisi qadınlara hücum edəndə ətrafdakı digər vətəndaşlar – həm kişilər, həm də qadınlar müdaxilə edərək polisi geri çəkilməyə məcbur ediblər. Əxlaq polisinin bərpa olunacağı bəyan ediləndən dərhal sonra ölkənin şimalındakı Rəşt şəhərinin sakinləri üç qadının hicab qaydalarını pozma bəhanəsi ilə həbsinə etiraz üçün küçələrə çıxıblar. Nümayişçilərlə polis arasında toqquşmanın meydana gəldiyi bildirilir. Polis gözyaşardıcı qaz işlədərək İranın dini hakimiyyətinə qarşı şüarların da səsləndirildiyi aksiyanı dağıdıb. Adının çəkilməsini istəməyən bir kişi “Radio Fərda”ya deyib: “Bilmirəm, onlar bu üsulla hara qədər getməyə çalışırlar, ancaq fikrimcə, bu üsulu davam etdirmək istəyirlərsə, qarşıdurmalar yenidən başlayacaq. Şəxsən mən onların hansısa qızı maşına apardıqlarını görsəm, qışqırıb onlara mane olaram … Və məncə, əksəriyyət də mənim kimidir. Adamlar Məhsa hadisəsinin təkrarlanmasını istəmirlər”. Xatırladaq ki, Məhsa Əmini ötən sentyabrda guya hicabı düzgün bağlamadığına görə saxlanıb və polis nəzarətində vəfat edib. O vaxtdan bəri aylarla davam edən etirazlar zamanı hökumətin əxlaq polisini buraxması haqda xəbərlər yayılmışdı. Ancaq əxlaq polisinin bəzi şəhərlərdə heç vaxt heç yerə getmədiyi haqda da xəbərlər var idi. Amma baş verənlər ölkənin baş örtüyünü islamın əsas şərtlərindən biri kimi görən dini hakimiyyəti də düşünməyə vadar edib. İndi hökumət “İsmət və Hicab Qanunu”na dəyişikliklər edərək, tabe olmayanlara daha sərt cəzalar tətbiq etmək istəyir. Yeni dəyişikliyə görə, qanunu təkrar pozanlara üç il həbs cəzası da verilə bilər. Hazırda parlamentdə təsdiqini gözləyən bu düzəliş cəmiyyətdə qızğın mübahisələrə səbəb olub. Bəzi millət vəkilləri bu addımı qadınları hicab tələblərinə tabe olmağa məcbur edəcək qədər sərt saymır. Digərləri isə qadınları tabe olmağa məcbur etməyin effektivliyini sorğulayır. Parlamentin sosial komissiyasına rəhbərlik edən millət vəkili Vəli Esmaili deyib ki, əxlaq patrulunu bərpa etməzdən əvvəl cəmiyyətin vəziyyətinə və bu addımların son 43 ildə nə dərəcədə effektiv olduğuna baxmalıyıq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ