Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Time” nəşrinə müsahibəsində taxıl sazişi barədə maraqlı açıqlamalarla çıxış edib. Ukrayna XİN rəhbəri bəyan edib ki, Kiyev öz taxılını Qara dəniz vasitəsilə ixrac etmək üçün istənilən riskə getməyə hazırdır.
O əlavə edib ki, Ukrayna təhlükə səviyyəsini azaltmaq üçün maraqlı tərəflərlə əlaqə qurmağı planlaşdırır. Kuleba hesab edir ki, Rusiya bu dəfə taxıl müqaviləsi ilə bağlı mövqeyini dəyişməyəcək. “Biz istənilən riskə hazırıq. Düşünürəm ki, dünyaya mesajımız budur: Rusiya bizə lazım deyil”, - deyə Kuleba bildirib.
Mətləb Salahov