Daha bir ölkə Rusiya əleyhinə sanksiya tətbiq edib. Avstraliya hökuməti müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən Rusiyanın 35 təşkilatına, 10 Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə məlumatı ölkənin xarici işlər naziri Penni Vonq bildirib.
“Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya ilə alınan bu qərar Rusiyanın Ukraynaya təcavüzünü birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, - deyən Penni Vonq Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb.
Mətləb