Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bəyan edib ki, ABŞ administrasiyası Kiyevə Ukrayna taxılının dünya bazarlarına çatdırılmasında köməklik göstərəcək.
“Biz taxılın daha çox ehtiyac duyulan bazarlara çatdırmaq üçün Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik", - deyə Jan-Pyer qeyd edib. O daha sonra əlavə edib ki, Kiyevə daha 1,3 milyard dollarlıq hərbi yardım paketinin ayrılması bunu asanlaşdırmaq üçün nəzərdə tutulub.
Mətləb