Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə telefonla zəng edərək müzakirələr aparıb. Aysor.am saytının yazdığına görə. Tərəflər Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyi və cari proqramları müzakirə ediblər. Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunulub. Erməni saytının yazdığına görə N.Paşinyan daha çox rusiyalı investorların Ermənistan iqtisadiyyatına cəlb olunması barədə də rusiyalı həmkarı ilə müzakirələr aparıb.
Mətləb