Rusiya Müdafiə Nazirliyi iyulun 20-dən etibarən Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yük daşıyıcı” hesab ediləcəyini bəyan edib.
Nazirliyin açıqlamasında, "taxıl sazişi"nin sona çatdığı və Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilib.
“Qara Dəniz Təşəbbüsünün dayandırılması və dəniz humanitar dəhlizinin bağlanması ilə əlaqədar olaraq, Qara dəniz hövzəsindəki Ukrayna limanlarına üzən bütün gəmilər potensial hərbi yük daşıyan gəmilər kimi qiymətləndiriləcək" - Rusiya MN bildirilir.
Bəyanatda həmçinin əlavə edilib ki, bu gəmilərin bayraqlarının aid olduğu ölkələr Kiyev rejimi tərəfində Ukrayna münaqişəsinə daxil olmuş hesab ediləcək.
TAHİR