Fransada nə baş verir - Hərbçilərin "ölkə dağılacaq" xəbərdarlıq məktubunu yüz mindən çox adam imzaladı

img

Fransada istefada olan generalların ölkənin dağılacağı, eləcə də vətəndaş müharibəsinin yetişdiyi barədə məktubunun altında yüz mindən çox adam imza atıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Valeurs actuelles nəşri yazır. Bildirilir ki, mayın 10-u günortayadək onların sayı 132825 olub.

Elə həmin nəşr mayın 9-da sabiq hərbi qulluqçuların ölkənin dağılacağı barədə müraciətini dəstəkləyərək Fransa hökumətinin buna reaksiyasını pisləyən, xidmətdə olan hərbçilərin açıq məktubunu yayıb. Bu məktubda hərbçilər özlərini kollaborasionistlərin işğalçılara təslim olduğu dövrdə mübarizə apararaq həlak olan Müqavimət hərəkatının iştirakçılarına bənzədiblər. Hərbçilər anonimliklərini qorumağı üstün tutublar.  

Fransanın daxili işlər naziri Jerald Darmanen isə anonim müraciət dərc edən hərbçiləri qorxaqlıqda ittiham edərək narazı olduqları təqdirdə seçkilərə qatılmaqlarını məsləhət bilib.

Valeurs actuelles nəşri apreldə 20 nəfər istefada olan fransız generalın Emmanuel Makrona "vətənpərvərliyi qorumaq" barədə müraciətini yaymışdı. Hərbçilərin fikrincə, "müəyyən anti-irqçilik vasitəsilə ölkənin dağıdılması özünü bir məqsəddə büruzə verir - Fransanın milli ərazisində icmalar arasında hərc-mərclik və nifrət yaratmaq". Onlar qeyd ediblər ki, hazırda bəziləri irqçilikdən, dekolonial nəzəriyyələrdən dəm vursalar da, "bu nifrət dolu fanatiklər həmin terminlərdən istifadə edərək irqi müharibə törətmək fikrindədirlər". Bu müraciəti "Milli cəbhə" partiyasının rəhbəri Marin Le Pen də dəstəkləyib.

Son xəbərlər