Ərdoğan: "Kipr danışıqlarında 2-3 ay sonra da bir nəticə alına biləcəyini güman etmirəm…"

img

“Mən Cənubi Kiprə inanmıram, güvənmirəm. Onlar heç bir zaman dürüst davranmayıb, doğru danışmayıblar. İndi danışıqlar 2-3 ay sonraya ertələndi. Mən yenə bir nəticə əldə olunacağını güman etmirəm”.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Cenevrədəki Kipr görüşmələrini dəyərləndirərkən deyib.

Cumə namazından çıxarkən verilən sualı cavablandıran Türkiyə Prezidenti daha sonra bildirib: “Bunlar Bürgenstock Zirvəsində baş tutan görüşmədə də yalan söylədilər, aldatdılar və görüşmə nəticəsində baş tutan referenduma da saygı göstərmədilər. Şimali Kipr yüzdə 65 “bəli” dediyi halda Cənub bir o qədər “yox” dedi. İndi də eyni şeyləri təkrar edirlər. Bildiyiniz kimi, keçən dəfələrdə XİN başçıları arasında da görüş oldu. İndi yenə gəlib fərqli şeylər danışırlar. Yalnız dürüst davrandıqları zaman bizdən də dürüstlük görəcəklər. Lakin nə qədər ki, dürüst davranmırlar, bunlarla bir razılığa gəlmək mümkün deyil”.

SAMİRƏ

 

Son xəbərlər