Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişədə ölən qırğızların sayı 34-ə çatdı, 170-dən çox yaralı var...

img

Tacikistanla sərhəddə silahlı münaqişə zamanı həlak olmuş Qırğız sakinlərinin sayı 34-ə çatıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.

"Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, - deyə nazirliyin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. "Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir", - Səhiyyə Nazirliyində əlavə ediblər.

Bundan başqa toqquşmalar nəticəsində Qırğız Respulikasında onlarla bina - məktəb, sərhəd zastavası və yanğınsöndürmə bölməsi dağıdılıb. 30 minə yaxın insan qarşıdurma zonasından təxliyə edilib.

Son xəbərlər