Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağı planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bunu Britaniyanın “The Sunday Express” qəzeti yazıb.
Britaniya hökumətinə yaxın mənbələr Cenevrədə Kipr məsələsi ilə bağlı qeyri-rəsmi görüşlərin keçiriləcəyinin gözlənildiyini bildiriblər. Toplantıda yunan və türk kiprləri arasında razılaşma əldə olunmasa, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq.
Yazıda qeyd olunub ki, əgər Böyük Britaniya Şimali Kiprin müstəqilliyini tanısa, iki ölkə arasında təyyarə reysləri açılacaq.