Erməni terror təşkilatı ASALA-nın 1973-cü ildə ABŞ-da, Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünün Twitter səhifəsində yazıb.
O, ABŞ-ın tarix boyu törətdiyi dəhşətli soyqırımları da xatırladıb: "Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik".