ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələr barədə "soyqırım" ifadəsi işlədib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Baydenin bəyanatına özünün "Twitter" səhifəsindən reaksiya verib: "Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətcillik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Başdan ayağa populizm olan bu açıqlamanı tamamilə rədd edirik".