Ukrayna İsrailin Baş naziri Binyamin Netanyahuya Kiyev və Moskva arasında danışıqlarda vasitəçilik etməyi təklif edib. Baki-xeber.com xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.
Səfir deyib ki, Netanyahunun həm Rusiya prezidenti, həm də Ukrayna prezidenti ilə yaxşı münasibətləri var: "Biz artıq İsrail baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini xahiş etmişik. Çünki Netanyahunun onların hər ikisi – Putin və Zelenski ilə yaxşı münasibətləri var".
O əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək: "Biz çox şadıq ki, Netanyahu bundan imtina etməyib. Əksinə, o, öz marağını və kömək etmək istəyini göstərib".