Baki-xeber.com-un xəbərinə görə, suveren bərabərliyə əsaslanan yanaşı və müstəqil dövlət olaraq Kiprdə hərtərəfli və davamlı bir razılaşma təmin edə biləcəyini ifadə edən Prezident Tatar Türkiyə ilə fikir birliyi içərisində konsensusa gəldiklərini deyib.
Prezident Ersin Tatar önəmli məsələnin müstəqillik olduğunu vurğulayarq, Kipr Türk xalqının Ana Vətən Türkiyənin də dəstəyi ilə artıq bunu haqq etdiyini ifadə edib və "Əgər qəbul edilərsə, suveren bərabərliyə söykənən, yan-yana yaşayan iki suveren və müstəqil dövlətin işbirliyi ilə bir anlaşma bu ölkədə ola bilər", deyib.
Kipr Türk xalqının hər zaman Ana Vətən Türkiyəni önəmsədiyinə diqqət çəkən Prezident Tatar, "Kipr Türk xalqı Türkiyənin dəstəyini təqdir etmişdir. Bu torpaqlarda bizim müstəqil, azad güvənlik içində var olmağımız üçün Türkiyənin qarantorluğu bizim üçün fövqəladə dərəcədə vaz keçilməzdir. Bu anlayışla Cenevrəyə gedirik. İnşəallah, xeyirlərə vəsilə olacaqdır", bildirib.
Qeyd edək ki, Ersin Tatar bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.