Rusiyanın Hava-Kosmik Qüvvələri Suriyanın Palmira şəhəri yaxınlığında silahlı müxalif qrupların olduğu bölgəyə hava zərbəsi endirib.
Baki-xeber.com xəbər verir ki, Rusiya Palmiranın şimal-şərqində silahlı bazasını vurub. "Reuters" yazır ki, hava hücumunda 200 nəfərin öldüyü, silahlılara aid çox sayda silah-sursatın da məhv edildiyi bildirilir.
Qeyd edilir ki, Rusiyanın vurduğu ərazidə silahlı müxaliflərlə yanaşı mülki şəxslər də olub. Hücumdan sonra bölgədə alovlar yüksəlməyə başlayıb.
Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinın rəhbərinin müavini Aleksandr Karpov bildirib ki, hərbi aviasiya həmçinin terrorçuların iki sığınacağını da məhv etməyə nail olub.
O, bildirib ki, Rusiya hərbçiləri Palmiralnın şimal-şərqində silahlıların maskalanmış bazasının yaradılması haqqında məlumat əldə edib. Bazada ölkənin müxtəlif hissələrində terror aktları ilə məşğul olacaq döyüş qruplarının formalaşdırılması aparılıb. Ərazidə partlayıcı qurğular da toplanılıb.