Rusiyadan ABŞ sanksiyalarına cavab… Qovulan 10 rus diplomata qarşılıq 10 amerikalı diplomat, 8 iri məmura ölkəyə giriş qadağası…

img

Rusiya ABŞ sanksiyalarına cavab olaraq hazırkı və sabiq dövlət məmurları da daxil olmaqla 8 amerika vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Baki-xeber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada alınan yeni tədbirlərin ABŞ-ın son sanksiyalarına cavab olduğu bildirilir.

Qeyd edilir ki, 10 ABŞ diplomatı ölkədən deportasiya ediləcək və qısa müddətə görəvləndirilən ABŞ diplomatlarının sayı ildə 10-a endiriləcək.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası və Rusiya əmək qanunvericiliyi çərçivəsində ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində rus və ya üçüncü ölkə vətəndaşlarının işə qəbulu dayandırılacaq.

Qərara əsasən, "ABŞ-ın diplomatik nümayəndəliklərinin işçiləri tərəfindən Rusiyada səyahət qaydalarının davamlı olaraq pozulması" səbəbilə iki ölkə arasında 1992-ci ildə imzalanan "Açıq Torpaq" Anlaşma Memorandumu ləğv ediləcək.

Bundan əlavə, ABŞ dövlət qurumlarının nəzarəti altında olan fond və dərnəklərin Rusiyadakı fəaliyyəti dayandırılacaq.

ABŞ-ın 2 mart tarixində bəzi Rusiya vətəndaşlarına sanksiya tətbiq ediyi xatırladan  açıqlamada 8 Amerika vətəndaşının Rusiyaya girişinin qadağan edildiyi ifadə edilir.  Bunlar aşağıdakılardır:

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas, baş prokuror Merrik Qarland, Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls, ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns, Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Rays.

Son xəbərlər