ABŞ-da atışma - 8 ölü, çoxlu yaralı var...

ABŞ-ın İndianapolis şəhərində "FedEx" poçt şirkətinin binası yaxınlığında atışma olub. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub.
Çoxlu sayda yaralıların olduğu deyilir.
Polis hadisəni törədən şəxsin intihar etdiyini bildirib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.