ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd olunur ki, səfir ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar izahat üçün çağırılıb.
Rusiya tərəfi bu sanksiyalara müvafiq şəkildə reaksiya veriləcəyini bildirib.