ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi, 10 diplomat ölkədən çıxarılır... - YENİLƏNDİ

img

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Co Baydenin bununla bağlı müvafiq fərman Ağ Evin saytında yerləşdirilib.

"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qərara əsasən, ABŞ-ın maliyyə təşkilatları Rusiyadan birbaşa qiymətli kağızların satın alınmasını həyata keçirə bilməyəcək. Sanksiyalar Rusiyanın Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və ölkənin suveren fonduna tətbiq olunur.

Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur.

ABŞ Rusiyanın 10 diplomatını da ölkədən çıxarır. ABŞ-dan qovulanlar arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.

ABŞ, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.

Son xəbərlər