İrandan İsrailə Nətənz xəbərdarlığı - "Qisasımızı alacağıq"

img

 İranın xarici işlər naziri Cavad Zərif Nətənz nüvə obyektinə hücuma görə İsraili günahlandırıb. Bu barədə Sputnik Azərbaycan İRNA-ya istinadən xəbər verir ki, Zərif buna görə Tehranın cavab verəcəyini bildirib.

Diplomat vurğulayıb ki, İsrail tərəfi bununla göstərir ki, İrana sanksiyaların aradan qaldırılması məsələsində irəliləməyə imkan verməyəcək.

"Sionistlər sanksiyaların aradan qaldırılması prosesində uğurlarına görə İran xalqından qisas almağa çalışır, bizim cavabımız sionistlərin özünə çatacaq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, bu ölkənin mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

Son xəbərlər