Rusiya diplomatları ABŞ-dan qovula bilərlər

img

ABŞ Prezidenti Co Baydenin administrasiyası "düşmən hərəkətlərə cavab olaraq" Rusiya diplomatlarının ölkədən çıxarılması və yeni sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə "Bloomberg" ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla məlumat yayıb. Xəbərə görə, Ağ Ev administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.

Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Qeyd edək ki, aprelin 7-də Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın bir neçə gün ərzində Rusiyanın kiber hücumlara müdaxilə və başqa hərəkətlərinə cavab veriləcəyini bəyan etmişdi.

Son xəbərlər