Terror təşkilatlarının üzvü olan 377 nəfərin Türkiyədəki əmlaklarına həbs qoyuldu

FETÖ/PDY, İŞİD, PKK/KCK və İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi DHKP/C terror təşkilatlarına üzv olan ümumilikdə 377 nəfərin Türkiyədəki əmlaklarına həbs qoyulub.
Baki-xeber.com xəbər verir ki, Türkiyənin “Resmî Gazete”si bununla bağlı məlumat yayıb.
Əmlakına həbs qoyulanların yarıdan çoxu - 205 nəfəri FETÖ üzvüdür. Siyahıda adı qeyd edilənlərin 86-sı isə İŞİD üzvüdür.