ŞKTC Prezidenti yunanlara “Baş verənləri unutmadıq, unutmayacağıq” mesajını verdi

img

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ilk Baş naziri olan mərhum dövlət xadimi Mustafa Çağatay ölümünün 32-ci ildönümündə məzarı başında anılıb.

Baki-xeber.com-un xəbərinə görə, Karaoğlanoğlu qəbiristanlığında keçirilən anım mərasimində çıxış edən Prezident Ersin Tatar “Tarixi həqiqətləri qarışdırmayın”, deyə yunanlara səslənib.

Ersin Tatar yunan Kiprinin prezidenti Nikos Anastasiadisin “EOKA qurtuluş döyüşçüləri və qəhrəmanlarının təşkilatı əsas terror təşkilatı TMT idi” ifadəsini sərt tənqid edərək, “Baş verənləri unutmadıq, unutmayacağıq. Çağatay kimi insanların səylərini və xidmətlərini taclandırmaq üçün suverenliyimizi qorumalıyıq, Kipr Türk xalqı bu torpaqlarda var və olacaq”, deyib.

ŞKTC Prezidenti 27-29 aprel tarixlərində Cenevrədə baş tutacaq BMT-nin qeyri-rəsmi 5+1 konfransında yunanların uzlaşmazlığı üzündən Kiprdə suveren bərabərliyə söykənən iki yanaşı dövlətin işbirliyini müdafiə edəcəklərini bildirib və tərəflərə mövqelərini Türkiyənin də dəstəyi ilə anladacaqlarını deyib. “Hörmətli Cağatay həyatda olsaydı, əminəm ki, bizə yüzdəyüz dəstək verəcəkdi”- deyən Tatar qeyd edib ki, bir razılaşma olacaqsa, artıq keçmişdən aldığımız dərslər səbəbindən onu diqqətlə öyrəndikdən, ayrıntıları ilə müzakirə etdikdən sonra dünyaya bəyan edirik”.

Son xəbərlər