ABŞ-da naməlum şəxs avtomobilini Vaşinqtonda Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb. “The Associated Press” agentliyi yazır ki, kişi avtomobili tərk edərək iki polis əməkdaşına bıçaqla hücum edib. O, bundan sonra güllələnərək öldürülüb.
Hadisə zamanı xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib ki, Kapitolinin nəzarət-buraxılış məntəqəsində baş vermis hadisə terrorizmlə bağlı deyil. "Bu, terrorizmlə bağlı hadisə deyil, amma biz araşdırmanı davam etdirəcəyik", - Konti mətbuat konfransında bildirib.
Vaşinqton polisi rəhbərinin sözlərinə görə, avtomobilin sürücüsünün ölməsindən sonra yeni hücum təhlükəsinin olduğunu güman etməyə əsas yoxdur. Hadisə zamanı cinayətkardan başqa həmçinin xəsarət almış polis əməkdaşlarından biri də həlak olub.