İran Ərəbistan dənizində İsrail şirkətinə məxsus yük gəmisini vurub. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrail Kanal 12 televiziyası məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, Tanzaniyadan Hindistana gedən İsrailə məxsus yük gəmisi Ərəbistan dənizində raket hücumuna məruz qalıb.
Hər hansı bir mənbəyə istinad edilməyən xəbərdə gəminin İran tərəfindən raketlə vurulduğunu edilir. Xəbərdə gəmiyə ziyan dəydiyi, ancaq insan itkisinin olmadığı ifadə edilir. Gəminin Hindistana doğru hərəkət etdiyi, dəyən ziyanın limana çatdıqdan sonra müəyyənləşdiriləcəyi bildirilir.
Iddia edilən hücumun nə vaxt baş verdiyinə dair də məlumat verilmir.