Böyük Britaniyanın Baş naziri Boris Consonun koronavirusla bağlı bir açıqlaması müzakirələrə səbəb olub.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Mühafizəkarlar Partiyasından olan millət vəkilləri ilə vaksinasiya uğurlarından bəhs edən xüsusi bir yığıncaq keçirilib.
Yığıncaqda iştirak edən Conson, "uğurumuzun səbəbi kapitalizmdir, bunun səbəbi xəsislikdir, dostlarım" deyib.
Ancaq BBC-yə danışan mənbələr, Baş nazirin bu sözlərdən sonra dərhal geri addım atdığını bildirib. İclasda iştirak edən bir millət vəkili, “heç kimin sözünü bu qədər tez” geri götürməyə çalışdığını görmədiyini söyləyib.
"Conson bunu söyləyən kimi ortalığı qarışdırdığını anladı və məqsədini aşdığını başa düşdü" - millət vəkili deyib.
Bəzi mənbələr Consonun iştirakçılardan sözlərini ümumiyyətlə unutmağı xahiş etdiyini bildirib.