Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uğursuz modellərin adadakı tərəflərə diqtə edilməsi yerinə yeni və daha real variantlara üstünlük verilməsinə çağırış edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TC Prezident Administrasiyasının Ərdoğanın Avropa Birliyi komissarı Leyen və AB Şurası başqanı Mitçel ilə görünün ardından yaydığı açıqlamada deyilir.
Açıqlamaya görə, Türkiyə-AB münasibətlərinin inkişafı istiqamətində addımların atıldığı görüşdə pandemiya ilə mücadilədə əməkdaşlıq və regional məsələlər də müzakirə olunub. Ərdoğan şərqi Aralıq və Egey dənizlərində birgə əməkdaşlığa tərəfdar olan Türkiyənin bu yöndə atdığı addımlara diqqət çəkərək, Yunanıstanın və Kipr Rumlarının bütün provokasiyalarına rəğmən bu siyasəti mühafizə etdiklərini bildirib.
Problemin həllinin yalnız masada tapılmalı olduğunu, bunun yeganə yolunun isə dialoqdan keçdiyinə inandıqlarını bildirən Türkiyə prezidenti Kipr məsələsində uğursuzluğu sübut olunmuş modellərin yeni və daha real variantlarla əvəzlənməsinin müzakirəyə çıxarılmalı olduğunu deyib.
Şərqi Aralıq dənizi mövzusunda beynəlxalq konfrans təklifini yenidən gündəmə gətirən Ərdoğan AB Zirvəsinin "ittifaq həmrəyliyi" bəhanəsilə Rum-Yunan cütlüyü tərəfindən sui-istifadə edilməsinə izn verilməməsinin gərək olduğunu vurğulayıb.
SAMİRƏ