ABŞ-ın məşhur F-35-lərinin bahalığı və texniki problemləri Nümayəndələr Palatasını hərəkətə gətirdi - Layihəyə pul tökməyi dayandırın…

img

ABŞ-da 5-ci nəsil döyüş təyyarəsi olan F-35-lər ətrafında mübahisələr bitmək bilmir. Layihə, maliyyə xərclərinin yüksək olması və texniki problemləri ilə yenidən gündəmə gətirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, layihə bu dəfə Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Adam Smit tərəfindən sərt tənqid edilib. Smit, layihənin "məyusedici" olduğunu deyərək, F-35-lərə pul xərclənməsini dayandırmağa çağırıb.

Smit 5-ci nəsil döyüş təyyarələrinin yaxşı işləmədiyini və olduqca bahalı olduğunu deyib. Qeyd edib ki, bu qədər pul bu qədər aşağı potensiala malik layihəyə xərclənməməlidir.

Demokrat millət vəkili Müdafiə Nazirliyinə (Pentaqona) F-35 əvəzinə digər döyüş təyyarələrinə investisiya qoymağı təklif edib.

Qeyd ediək ki, keçən ay ABŞ mətbuatında F-35 layihəsindən imtina edib F-16-ları inkişaf etdiriləcəyinə dair iddialar yer almışdı.

Son xəbərlər