TBMM Xarici işlər komissiyası Şimali Kipri və Azərbaycanı ziyarət edəcək

img

TBMM Xarici işlər komissiyasının rəhbəri, AK Parti İstanbul millət vəkili Akif Çağatay Kılıç komissiya üzvləri ilə birlikdə Şimali Kiprə səfər edib, gələn həftə isə Azərbaycanı ziyarət edəcək.

Baki-xeber.com-un xəbərinə görə, Anadolu Agentliyinə hər iki ölkəyə səfər proqramı barədə məlumat verən Kılıc Şimali Kiprdə Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazir Ersan Saner, Meclis Başkanı Önder Sennaroğlu və Cumhurbaşkanı Ersin Tatarla görüşəcəklərini bildirib. Eyni zamanda o, Avrupa Parlamenti və  qurumlarında vəzifəli ŞKTC millət vəkillərilə də bir araya gələcəklərini bildirib, təmaslarını Kapalı Maraş bölgəsini ziyarət etməklə tamamlayacaqlarını bildirib.
Pandemiya səbəbindən bir çox  görüşlərini videoformatda gerçəkləşdirdiklərini bildirən Kılıç deyib ki, gündəm mövzularından biri COVİD-19-la mücadilə olacaq. “Digər tərəfdən, ŞKTC vətəndaşlarının haqları, Şimali Kiprin beynəlxalq aləmdə hüquqları da əsas mövzular sırasında olacaq” o deyib.

 

Son xəbərlər