Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam

img

Ermənistanın baş naziri Nikol Paşinyan "İskəndər" raket komplekslərinin səmərəliliyi barədə yanlış məlumatlandırılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu nazirin mətbuat katibi Mane Gevorkyan deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuata müsahibəsində Qarabağ müharibəsi dövründə atılan "İskəndər" raketinin yalnız 10 faiz gücündə partladığını açıqlamışdı.

Mətbuat katibi bildirib ki, N.Paşinyana bu barədə qeyri-dəqiq məlumat çatdırılıb. Baş nazir bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı etiraf edib.

Son xəbərlər