
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, iclasda ölkədəki hazırkı vəziyyət müzakirə mövzusu olub.
İclasda Ermənistan prezidenti Armen Sarkisyan və baş qərargah rəisi Onik Qasparyan iştirak etməyib.
Nikol Paşinyan bu gün öz tərəfdarlarını mitinqə səsləyib.