Lavrov: “Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.
Tərəflər Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər.
Sergey Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib. “Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - o bildirib.