Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasının yüksəksəviyyəli bölümündə videoformatda müraciət edib.
Baki-xeber.com-un xəbərinə görə, Çavuşoğlu müraciətində Kipr məsələsinə də toxunub.
Nazir, problemin həlli üçün hər cür səy göstərməsinə baxmayaraq, Kipr Türk xalqının qeyri-insani embarqolara və haqsız təcridə məruz qalmağa davam etdiyini vurğulayıb.
“Bu təzyiqlərə baxmayaraq, Kipr türklərinin yaşayan bir demokratiya şəklində fəaliyyət göstərən öz dövləti var”,- deyə o bildirib.