Ermənistanda müxalifət Paşinyanın yolunu kəsməyə hazırlaşır, polis hökumət binasını mühasirəyə aldı - YENİLƏNDİ

img

Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalifət növbəti mitinq keçirəcəyini elan edib.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.

Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən kütləvi etiraz aksiyasında 25 nəfər saxlanılıb. Məlumatına görə, hazırda aksiyalar hökumət binasının qarşısında və mərkəzi meydanda davam edir. Aksiya iştirakçıları "satqın Nikol" kimi şüralar səsləndirir.

Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.

Son xəbərlər