Ermənistanda müxalifətin mitinqi ərəfəsində həbslər başladı

img

Yerevanda "Veto" müxalifət hərəkatının lideri Narek Malyan saxlanılıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, polislər müxalifətçini şəhərin mərkəzi küçələrinin birində saxlayıblar.

Qeyd edək ki, ötən gün sabiq deputat Karen Bekaryan, parlament aparatının sabiq sədri Ara Saqatelyan və daha iki nəfər Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Onlar "Facebook"da saxta hesablar vasitəsilə Nkol Paşinyanı sərt tənqid etməkdə ittiham olunub. Hüquq-mühafizə orqanları müxalifətçilərə qarşı hərbi vəziyyət müddətində senzura qaydalarını pozmaq ittihamını irəli sürüb.

Xatırladaq ki, bu gün Yerevanda N.Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinq elan edilib.

Son xəbərlər