Ersin Tatar AB rəsmisinə ölkədə COVİD-19 vaksini ilə bağlı vəziyyətdən danışdı

img

Şimali Kipr Türk Cumhuriyyətinin başçısı Ersin Tatarın Avropa Birliyi Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi və Avropa Komissiyasının başqan yardımçısı Josep Borrell ilə telefon danışığı olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ŞKTC Prezident Administrasiyasının sözçüsü Berna Çelik Doğruyol məlumat verib. Onun sözlərinə görə, Prezident Tatar Borrell ilə telefon danışığında ölkəyə vaksin tədarükü barədə də məlumat verib. 
“Prezidentimiz bildirib ki, COVİD-19 pandemiyası müddətində xalqın sağlığının qorunması məqsədilə Avropa Birliyindən Kipr Türk xalqına ayrılan vaksinlərin zamanında, bəlli bir proqram çərçivəsində təslim edilməsi yönündə tədbirlər Administrasiya tərəfindən davamlı aparılır. Bu tədbirlər çərçivəsində BMT nəzarəti  altında ikitərəfli Səhiyyə Texniki Komitəsi yanvar və fevral aylarında ölkəyə çatdırılan 4 min 500 dozalıq “Pfizer/BioNTech” vaksinlərinin ardından  2 min doza “AstraZeneca” peyvəndlərini də bu gün (fevralın 18-də) ŞKTC yetkililərinə təqdim edib.
Diğər tərəfdən, Ana Vətən Türkiyə tərəfindən də ŞKTC-yə COVİD-19 –la mübarizə üçün bugünə qədər 80 min dozalıq “Sinovac” vaksini göndərilib”- deyə o, açıqlamasında bildirib.
 SAMİRƏ
 

 

Son xəbərlər