Partiya sədrinin həbsi Gürcüstanı qarışdırdı - baş nazir istefa verdi

img

Gürcüstanın baş naziri Georgi Qaxariya istefa verdiyini açıqlayıb. Qaxariya öz istefasını komandası ilə aralarında fikir ayrılıqları ilə izah edib.

"Mən tutduğum vəzifəni tərk etmək barədə qərar qəbul etdim. Şübhəsiz, mən inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək. Çünki mən əminəm ki, polyarizasiya və aramızda qarşıdurma bizim ölkənin gələcəyi, iqtisadi inkişafı və istənilən növ böhran üçün ən böyük riskdir", - deyə Qaxariya qeyd edib.

Baş nazir öz açıqlamasında istefasını müxalif “Vahid milli hərəkat” partiyasının sədri Nika Meliyanın həbs qərarı ilə əlaqədar yaranan fikir ayrılıqları ilə əlaqələndirib.

Qeyd edək ki, N.Meliya ötən gün Tbilisi şəhər məhkəməsinin qərarı ilə 2019-cu il iyun ayında etiraz aksiyaları ilə əlaqədar təqsirli bilinərək qiyabi həbs olunub. Siyasətçi məhkəmənin qərarına tabe olmaqdan imtina edib. Qərara etiraz olaraq partiya tərəfdarları aksiya keçirib.

Son xəbərlər