Ərdoğandan NATO ölkələrinə mesaj - əməkdaşlığımızı davam etdirəcəyiksə, terrorçuların yanında yer almamalısınız

img

Əgər biz NATO çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyiksə, o zaman terrorçuların yanında yer almamalısınız.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında PKK terrorçuları tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ və Qərb ölkələrinin mövqe bildirməməsini şərh edərkən deyib.

O, Qərbi terrorçuları dəstəkləməkdə ittiham edib: "Bəs, siz PKK-nın, YPG-nin, PYD-nin yanında deyildiniz? Yanındasının və arxalarında dayanmısınız. Ölən günahsızların qanı terror təşkilatına sahib çıxan, dəstək verən, hər kəsin əlinə bulaşıb. Terror təşkilatlarının təbliğat vasitəsinə çevrilmiş sosial şəbəkələrin hər biri 13 silahsız insanın qətlində məsuliyyət daşıyır".

Son xəbərlər