Koronavirus epidemiyasının bütün dünyada turizm sahəsinə mənfi təsir etməsinə baxmayaraq “etibarlı istirahətin” ünvanı Türkiyə olub.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə qlobal epidemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim edib. Türkiyə 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul edib.