Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin "silah baronu" kimi tanınan iş adamı David Qalstyanı saxlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız silah-sursat tədarük etməkdə təqsirli bilinir.
Bundan başqa, D.Qalstyan iri məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.
Amma məlum olub ki, Ermənistan ordusuna müqavilədə göstərilən silahlardan fərqli, 1970-ci illərin silah-sursatı tədarük olunub. Saziş nəticəsində D.Qalstyan 1 milyon dollardan çox gəlir əldə edib.