"Şərqi Aralıq dənizində pragmatik olmalıyıq..." - Mövlud Çavuşoğlu

img

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu şərqi Aralıq dənizi məsələsində praqmatik olmağa çağırıb.

Baki-xeber.com-un xəbərinə görə, Çavuşoğlu bu barədə Brüsseldə keçirdiyi görüşmələrin ardından Türkiyənin AB Daimi Təmsilciliyində jurnalistlərə açıqlamasında deyib.
Şimali Kipr Türk Cumhuriyyətinin şərqi Aralıq dənizi ilə bağlı konfransa dəvət edilməsi barədə sualın cavabında o deyib ki, AB rəsmilərilə Kipr mövzusunda da danışıblar. “Konfransa hər kəsin qatılmasını istəyirik. Yalnız çərqi Aralıq dənizi sahilindəki ölkələrin deyil, bütün şərqi Aralıq dənizi ölkələrinin, hətta burada şirkətləri olan ölkələrin konfransa qatılmasını istəyirik” deyən Çavuşoğlu dənizdəki enerji qaynaqlarının ədalətli paylaşımını istədiklərini vurgulayıb. Çavuşoğlu deyib ki, şərqi Aralıq mövzusu ilə bağlı konfransa adadaki hər iki tərəfin qatılmasının siyasi çaları yoxdur. Onun sözlərinə görə, bir tərəf qatılmayacaqsa, digər tərəfin də qatılmasının bir mənası olmayacaq. “Gəlir paylaşımı mövzusunda Rum kəsiminin razılaşmalı olduğu tərəf Şimali Kipr və Kiprin türk xalqıdır” – o deyib.

Türkiyə XİN rəhbəri deyib ki, bir-birini tanıma və ya tanımama yerinə praktik və praqmatik olmaq gərəkdir. “Gəlir paylaşımı mövzusunda hər iki tərəfin iştirakı vacibdir” – deyən Çavuşoğlu Kipr mövzusunda Türkiyənin üstünlük verdiyi 5+ formatında BMT qeyri-rəsmi toplantısının fevralın sonu və ya martın əvvəllərində baş tutacağını bildirib. “Nyu Yorkda iki tərəf 3 təminatçı ölkə və BMT olaraq bir araya gələcəyik”- o deyib. AB-nin bu toplantılara müşahidəçi qismində qatılmaq istədiyini bildirən Çavuşoğlu deyib ki, əslində bütün toplantılarda olduğu kimi, bu dəfə də AB-nin müzakirələrdə iştirakını Türkiyə məqbul sayır, lakin faktdır ki, Crans-Montanadan bu yana AB Şimali Kipri tamamən gözardı edib. Bu barədə onların özünə də xatırlatma edildiyini deyən Çavuşoğlu bütün bu müddət ərzində AB-nin Rum tərəfinin müdafiəsində durmaqla Türk tərəfini gözardı etməsini yolverilməz adlandırıb.

SAMİRƏ
 


 
 

Son xəbərlər