ABŞ tarixində ilk... Qaradərili general Pentaqonun rəhbəri təyin edildi

img

ABŞ Senatı istefada olan general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, 93 senator Ostinin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyib, iki nəfər isə əleyhinə səs verib.

Beləliklə Ostin, keçmiş prezident Harri Truman dövründə Corc Marşalldan, Donald Tramp dönəmində isə Ceyms Mattisdən sonra hərbidən təqaüdə çıxmasından 7 il keçmədiyi halda ABŞ-ın Müdafiə naziri postuna gətirilmiş üçüncü general oldu.

Ostin eyni zamanda ABŞ-ın ilk afroamerikalı müdafiə naziri kimi də tarixə düşdü.

ABŞ Prezidenti Co Baydenin Müdafiə naziri postuna namizədi Lloyd Ostin, Senatdan təsdiq aldıqdan sonra Müdafiə Nazirliyində and içərək vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər