Diyarbəkirli analar 501 gündür övladları üçün etiraz aksiyasını davam etdirir...

img

Hacire Akar ananın HDP Diyarbəkır təşkilatının binası qarşısında etiraz aksiyası keçirərək oğlunu terrorun pəncəsindən xilas etməsinin ardından eyni aqibəti yaşayan ailələrin başlatdığı aksiya 501 gündür davam edir.

Oğlunun HDP-lilər vasitəsilə dağa qaçırıldığını iddia edən və 2019-cu ilin avqust ayının 22-də HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyasına başlayan Hacire Akar qətiyyətli mübarizəsi nəticəsində avqust ayının 24-də övladına qovuşub.

Hacire Akarın oğlu üçün apardığı mübarizə eyni acıları yaşayan digər ailələr üçün də nümunə olub. Ananın mübarizəsi ilə ümidləri artan ailələrin 2019-cu ilin sentyab ayının 3-də başlatdığı aksiyaya qoşulanların sayı günü-gündən artaraq 188-ə çatıb.

Ailələr yay-qış demədən etiraz aksiyasını davam etdiriblər. Analar bəzən aksiyada həyat yoldaşları ilə növbəli şəkildə iştirak edib.

Ailələr bütün dünyanı cənginə alan yeni tip koronavirus epidemiyası zamanı da lazımi tədbirləri görərək aksiyalarından vaz keçməyiblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman dəstəyini dilə gətirdiyi Diyarbəkirli anaları Prezident Ərdoğanın xanımı Əminə Ərdoğan, Daxili İşlər Naziri Süleyman Soylu, Ailə, Əmək və Sosial Xidmətlər Naziri Zehra Zümrüt Selçuk, Avropa Parlamentinin üzvü Tomas Zdeçovski və səfirlərlə yanaşı siyasətçilər, sənətçilər, jurnalistlər, yazıçılar, idmançılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ruhanilər, şəhid ailələri, qazilər, sahibkarlar, müəllimlər və s. olmaqla hər təbəqədən minlərlə insan ziyarət edib.

Aksiyaya qoşulan 22 ailənin övladlarına qovuşması ürəyi övlad həsrətilə yanan və onların yolunu gözləyən analarda ruh yüksəkliyi yaradıb.

Son xəbərlər