Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda müharibə zamanı işğal altındakı ərazilərdən Ermənistana silah qaçaqmalçılığı ilə məşğul olan şəxsi saxlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, həmin şəxs sentyabrın 27-də könüllü olaraq Qarabağa yollanıb.
O, döyüş bölgəsində bir qrup şəxslə əlbir olaraq onlarla avtomatı və digər sursatı Yerevana aparıb. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs avtomatları 500-600 dollara satmağı planlaşdırırmış.
Bundan başqa, Ermənistanın Sünik vilayətində Qarabağdan qaçaqmal yolu ilə keçirilmiş 42 avtomat, 280 patron, qumbara və digər sursat aşkar edilib.