Ərdoğan "WhatsApp"dan imtina etdi, türk jurnalistlərə də çağırış edildi - BiP tətbiqinə keçin!

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" tətbiqindən istifadədən imtina edib. "Bloomberg" yazır ki, T.Ərdoğanın messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər olub.

Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.

Qeyd edək ki, WhatsApp mesencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndinə görə, istifadəçi bundan sonra öz şəxsi məlumatlarını Facebook şirkətinə təqdim etməlidir. Facebook şirkətinin bir parçası olan WhatsApp öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "tətbiqlər ailəsi" ilə paylaşacaq. Xatırladaq ki, Facebook korporasiyasına Instagram və Facebook Messenger də daxildir.

Son xəbərlər