ABŞ-ın seçki sistemi köhnəlib, müasir demokratik standartlara cavab vermir - Rusiya XİN

img

Rusiya Vaşinqtonda ötən gün baş verənləri ABŞ-ın daxili işi hesab edir. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ABŞ-dakı seçki sistemi köhnəlib: "Bu, ABŞ-ın daxili işidir. Amma bir daha vurğulamaq lazımdır ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir demokratik standartlara cavab vermir və çoxsaylı pozuntulara yol açır. ABŞ KİV-ləri isə siyasi mübarizənin alətinə çevrilib. Bu, hazırda ABŞ cəmiyyətində indi müşahidə olunan parçalanmaya gətirib çıxarıb".

Son xəbərlər