Kilsəyə buraxmayan Paşinyan özünü xəstəliyə vurdu

img

Ermənistan Baş naziri Nikol Paşinyan özünü təcrid edib. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, onun mətbuat katibi Mane Qevorqyan Baş nazirin Müqəddəs Qreqori kilsəsində liturgiyada olmamasına münasibət bildirərkən qeyd edib.

"Baş nazir epidemioloji vəziyyətlə əlaqədar özünü təcrid edib", - deyə Mane Qevorqyan bildirib.

Qeyd edək ki, vətəndaşlar Paşinyanı liturgiyaya buraxmaq niyyətində olmayıblar. Nəşr yazır ki, Paşinyan hələ ötən ilin yazında koronavirusa yoluxub. Bununla əlaqədar o, Moskvaya səfərini təxirə salmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 86,4 milyonu keçib, 1,87 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər